Azərbaycan klubu Çempionlar Liqası oyunlarını Latviyada keçirəcək

  • By admin
  • 07 İyul 2021 19:09

Bu gün futzal üzrə UEFA Çempionlar Liqasının 2021/22-ci il mövsümünün ilkin mərhələsinin püşkü atılıb.

Gununsesi.info xəbər verir ki, bu turnirdəki təmsilçimiz “Araz-Naxçıvan” F qrupunda yer alıb.

Joze Alesionun başçılıq etdiyi komanda “Kampuksen Dinamo” (Finlandiya), “Raba” (Latviya) və “Yuropa” (Cəbəlüttariq) klubları ilə qarşılaşacaq.

Qrupun oyunları avqustun 20-dən 25-dək Latviyada keçiriləcək.

Qeyd edək ki, reqlamentə uyğun olaraq, doqquz komanda – səkkiz qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.

Gununsesi.info