
Qadın badmintonçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində tarixində ilk dəfə qələbə qazanıb.
Gununsesi.info-nun məlumatına görə, heyətində Keişa Fatimə Zəhra, Leyla Camalzadə, Həcər Nuriyeva, Era Maftuha və Aysu Kərimzadə olan yığma Slovakiyaya 3:1 hesabı ilə qalib gələrək, Şotlandiya və Estoniyanın da yer aldığı qrupda üçüncü olub.
Qrupun digər oyununda Şotlandiya Estoniyanı 5:0 hesabı ilə məğlub edərək, Avropa çempionatının final mərhələsinə yüksəlib
Gununsesi.info