Ferstappen “Formula 1” Əbu-Dabi Qran-prisinin təsnifat mərhələsində qalib olub

  • By ilhame
  • 25 Noyabr 2023 20:42

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” yarışında 2023-cü il mövsümünün Əbu-Dabi Qran-pri təsnifat mərhələsinin qalibi olub.

 

Gununsesi.info-nun məlumatına görə, ikinci yeri “Ferrari” komandasından olan Çarlz Lekler tutub.

 

“McLaren”in avstraliyalı pilotu Oskar Piastri isə ilk üçlüyü qapayıb.

 

Əsas yarış bazar günü baş tutacaq və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

 

Qeyd edək ki, bu, mövsümün son yarışı olacaq.

Gununsesi.info