
Azərbaycan Basketbol Liqasında (ABL) 7-ci turun növbəti oyunları baş tutub.
Gununsesi.info xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutmuş günün ilk oyununda iki debütant, “Xəzri” və “Sumqayıt” üz-üzə gəlib.
Liderlər qrupunda qərarlaşmış “Xəzri”, rəqibi üzərində 95-85 hesablı qələbəyə sevinib.
Ən məhsuldar basketbolçular: “Xəzri” (Cordan Perkins – 19 xal, 12 asist, 11 ribaund), “Sumqayıt” (Smit Roderik- 19 xal, 8 ribaund) Günün ikinci oyununda isə yerli “Sərhədçi”, “Xırdalan”la qarşılaşıb.
Oyun “Xırdalan” klubunun 79-57 hesablı qələbəsi ilə yekunlaşıb.
Ən məhsuldar basketbolçular: “Sərhədçi” (Cekson Rid – 13 xal, 4 asist ), “Xırdalan” (Cakori Arçi- 21 xal, 3 ribaund).
Gununsesi.info