Göygöl sakini toyda bıçaqlanıb

  • By ilhame
  • 09 Dekabr 2023 22:55

Göygöl rayon sakini toy mərasimində bıçaq xəsarəti alıb.

 

Gununsesi.info-nun məlumatına görə, 1972-ci il təvəllüdlü K.Əliquliyev Gəncə şəhərində keçirilən toy mərasimində bıçaqlanıb.

O, xəstəxanaya çatdırılıb, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info