Azər Həsrət Bakıdan köçür –JURNALİST SEÇKİ MƏĞLUBİYYƏTİNDƏN YAZDI

Azər Həsrət Bakıdan köçür –

Jurnalist Azər Həsrət öz sosial şəbəkə statusunda gözlənilməz paylaşım edib.

Gununsesi.org jurnalistin həmin paylaşımını sizə təqdim edir:

“Əziz dostlar. Artıq bundan sonrakı mərhələdə sosial mediaya daha az vaxt ayıracam. Ona görə də məni tez-tez görməyəndə təəccüblənməyin. Tvitter səhifəmi yavaş-yavaş təmizləyirəm, orda siyasi heç bir izlənim istəmirəm. Ötən şənbə günündən bəzi izlədiklərimi siyahıdan silmişəm, silməyə də davam edirəm. Facebook-da da hər zamankı qədər açıq olan deyiləm. Müzakirələr, mübahisələr qalsın keçmişdə. Artıq özümə də vaxt ayırmaq qərarına gəlmişəm. Biz bir müddət dincəlib sonra qərarımızı verəcəyik. Seçkinin sonucları ilə bağlı isə bir neçə gün sonra video müraciətim olacaq. Hardasa bir ay sonra ayrıca təhlil və dəyərləndirmə yazım. Bakıda bəzi işlərimi yoluna qoyub Dədəliyə yerləşmək haqqında düşünürəm. Bu seçki məni doğma rayonuma daha da yaxınlaşdırdı.”

COMMENTS