Aylardır ki, bizi süründürürlər - ŞƏKİ SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏYİR

  • By admin
  • 13 Avqust 2022 14:17
Şəki rayonun Baş Göynük kənd sakini Abdurahmanov Lətif Abdulkərim oğlu                     Yerli  Məşğulluq Xidməti məmurlarının süründürməçilindən əziyyət çəkir.
Üzləşdiyi ədalətsizliklə bağlı Prezidentə və hökumətin müvafiq qurumlarına şikayət edən vətəndaş müraciətinin bir surətini də Gununsesi.info-ya yollayıb.
Həmin müraciəti təqdim edirik:
Mən, 3 övlad atasıyam. Oğlum Ceyhun  Kənd Təsəsrrüfatı Akademiyasını bitirib hərbi xidmətə yola düşmüşdür.
Həyat yolaşım və mən evimzdən 15 km aralda olan ay torpaqlarında əkin-biçinlə məşğul oluruq. 2019-cu ilin yanvarından  Şəki Məşğulluq İdarəsində işsiz kimi qeydiyyata götürürlüb özünə məşğulluq proqramına cəlb edilmişəm. Nəhayət, 2021-ci ilin noyabrın əvvəlində evmə, tövləmə baxış keçirdilər. Mən ailəmlə yaşadığım ata evimi bircə dəfə də olsun imkan olub təmir etməmişdim. Çox kasıbılıqla dolanırıq. 2019-də idən DMX  müdiri olan Cahangir müəllimi yanına gedib- gəldik. “Yuxarıya” şikayət yazan qonşumuz Mehman Mustafayevi yanna çağırıb hədə -qorxu gəldi. Dedi bu saaat Şəki Prokurorluğun zəng edib səni tutduacağam Niyə şikayət yazırsan. Digər qonşum Bayram Rəhimov da tarladan birbaşa müdirin qəbuluna rezin çəkmələrlə gəlmişdi. Onu da acıqlanıb otaqdan qovdu ki, buraya rezin «sapoqla» daxil olmaq olmaz.  Biz də qorxumuzdan idarəyə getmədk. Eşitdik ki, 2019-cu ildə Şəkinin B. Vahabzdə küçəsində olan gizli evinə qadın apaıb gətirdiyinə görə qonşuları onun yaxşıca «dərsin»i vermişlər.Yaxşı ki, bu müdiri vaxtında qovdular işdən. Sonra İdaryə Abdulla adlı birisi müdir təyin eildi. Bu adam da əsil ticarətçi kimi işləməyə başladı. Məsələn , qonşumuz Hümmətov Ə.Y. Rusiyadan 2020-də deport olunub gəlmişdi. Dərhal onu guya, 2018-də  DMX-da işsiz kimi arxa tarixlə qeydiyyda olduğunu qeyd edib   1 ayın içində mal-qara verdilər. Eləcə də digərləri bizdən sonra qediyyata düşənlərə mal-qara verdiər. Təbii ki müdir də bu adamların xalalarının qara gözlərinə aşiq olmamaşdı. Maddi maraqlararı   təmin olunan kimi onları özünməşğulluğa cəlb olunurdular. Biz kasıb adamlar da düz 3 il 7 aydır ki, şeytanın belə baş  çıxarada bilmədiyi Şəki DMX müdrlərinin  fantaziyalaına qulaq asmaqla məşğuluq.  Budur 7 gün əvvəl də Şəki DMX-ya getdim.  Faktları onlara bir daha xatırlatdım. Amma faydası olmadı. Dedilər ki, bu ilin axırına kimi sizə mal-qara veriləcəkdir. Yəni, yenə 6 ay gözləyin dedilər. Belə başa düşürəm ki, bu adamlar heç vaxt öz qazanclarıdan qalan deyil. Biz də mal-qaranı özünəməşğulluqda deyil, yuxularımızda görürük.
Xahiş edirik  biz kasıb insnlara da 4 il ərzidə özün məşğulluq proqrmına cəlb edəsiniz.
 Lətif  Abulkərim oğlu
telefon   050 5889183
23 iyul 2022