Aygün Əliyevanın sensasion səs yazısı yayıldı - AUDİO

“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Cəfərova (Əsgərqızı) bir neçə gündür ki, sosial şəbəkədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva haqqında ittiham edici fikirlər səsləndirir.

Gununsesi.info-nun xəbərinə görə, sosial şəbəkə hesabında QHT agentliyin rəhbərinə məxsus iddia etdiyi səs yazısını yayıb.

Həmin səs yazısında Aygün Əliyeva işlərində həqiqətən nöqsanlar olduğu barədə etiraflar var.

Məsələ ilə bağlı qarşı tərəfin fikirlərini öyrənmək istəsək də buna müvafiq ola bilmədik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Gununsesi.info