Qəzzada ölən fələstinlilərin sayı 30 min 320 nəfərə çatıb

2023-cü il oktyabrın 7-dən blokadada olan Qəzza zolağında İsrailin davam edən hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 30 min 320 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fələstinin Qəzza zolağı üzrə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Təkcə son 24 saat ərzində 92 fələstinli İsrailin hücumlarının qurbanı olub. Bundan başqa, eksklavın daha 156 sakini yaralanıb”, – məlumatda deyilir.

Departament qeyd edib ki, İsrailin oktyabrın 7-dən bəri davam edən hücumları zamanı yaralananların ümumi sayı 71 533 nəfərə çatıb.

Səhiyyə Nazirliyi əlavə edib ki, son 24 saat ərzində İsrail 10 hücum həyata keçirib.

 

Gununsesi.info