
Böyük Britaniyada illik inflyasiya oktyabrda 11,1 faizə yüksəlib. Bu, son 41 ilin ən yüksək göstəricisidir.
Bu barədə Gununsesi.info BBC-yə istinadən bildirir.
Milli Statistika İdarəsinin (ONS) məlumatlarına görə, eyni nisbət sentyabr ayında 10,1 faiz təşkil edib.
Ərzaq və enerji qiymətlərinin yüksək olması ev təsərrüfatlarının və müəssisələrin xərclərini məhdudlaşdırdığı üçün ilin sonunda Böyük Britaniyada uzunmüddətli tənəzzül gözlənilir.
ONS məlumatlarına görə, ərzaq məhsullarının qiymət artımı yüzdə 16,2 ilə son 45 ilin ən yüksək səviyyəsini qeyd edib.
Sentyabrda bu məhsullarda artım tempi 14,5 faiz olub.
Ərzaq məhsullarının qiymətinin artması aztəminatlılara daha çox təsir edir, çünki onlar gəlirlərinin böyük hissəsini əsas ehtiyaclara sərf etməlidirlər.
Britaniyanın maliyyə naziri Ceremey Hunt hökumətin sabah inflyasiyaya nəzarət planlarını açıqlayacağını açıqlayıb.
Hunt İngiltərədə və dünyada qiymət artımını pandemiyanın təsiri və Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqələndirib.
İngiltərə Bankı inflyasiyanı cilovlamaq üçün bu ay faiz dərəcəsini 75 bənd artıraraq 3 faizə qaldırıb.
Tərcümə:
Günay
Gununsesi.info