Avropa Məhkəməsinin təcrübəsini öyrənən hakimlər ədalətsiz qərarlar çıxarır -AQİL LAYİC

  • By admin
  • 04 İyul 2022 18:27

“Bakı şəhər Yasamal rayon məhkəməsini lap dəhşətli vəziyyətə salıblar.  Qondarma və sifarişli xüsusi ittihamla bağlı işlərin və qərarların sayı az qala müstəqillik dövrümüzdə olan bu qəbil qərarların sayına bərabərdir son zamanlar”.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış vəkil Aqil Layic  özünün sosial şəbəkə hesabında yazıb.

Vəkilin sözlərinə  görə, Yasamal Məhkəməsi Ağır Cinayətlər məhkəsinin mini versiyası halına gəlib:

”İnsanları rəylərinə və mövqelərinə görə əsassız cəzalandırılmasının ruporuna çevrilib, Yasamal cəza məhkəməsi. Ölkəm adına çox narahatam, xəcalət çəkirəm. Hələ orda bu qərarları oxuyaran elan edən (qərar vermə iqtidarında deyillər) hakimlərin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları təcrübəsinin öyrənilməsindəki iştirakı çox gülməlidir”.

Mayis

Gununsesi.info