
Dövlət Gömrük Komitəsində keçirilən son kollegiya iclası ilə bağlı Gununsesi.info-ya özəl məlumat daxil olub.
Əvvəlki dövrlərdən fərqli olaraq, bu dəfə kollegiyaya gələn idarə və şöbə rəislərinin telefonları elə komitənin giriş qapısında alınıb.
Anti-korrupsiya əməliyyatlarından sonra kollegiya iclasını toplayan Səfər Mehdiyev bəzi açıqlamalar verib.
Olduqca gərgin görünən Səfər Mehdiyev onlara qarşı bəzi qüvvələrin səfərbər olduğunu deyib:”Amma ruhdan düşməyin, işinizə davam edin. Hər şey aydınlaşacaq. Ehtiram da (Hazırda həbsdə Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilovu nəzərdə tutur -red) azadlığa çıxacaq. Digər həbs olunanlar da orada qalmayacaq”.
Afət Abbasova
Gununsesi.info