Bakıdan bu istiqamətə uçuşların sayı artırılır

  • By admin
  • 04 İyul 2022 20:16

“Azərbaycan Hava Yolları” (AZAL) iyulun 25-dən başlayaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan Özbəkistanın paytaxtına həftədə 3 dəfə uçuşlar yerinə yetirməyə başlayacaq.

AZAL-dan Gununsesi.info-ya  bildirilib ki, qeyd edilən tarixdən etibarən Bakı-Daşkənd-Bakı marşrutu üzrə aviareyslər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Biletləri aviaşirkətimizin saytında və kassalarda əldə etmək mümkündür.

Gununsesi.info