Türkiyədə rəsmi inflasiya 80 faizə çatdı

  • By admin
  • 05 İyul 2022 10:13

Ötən ayın nəticələrinə görə Türkiyədə inflyasiyanın rəsmi faizi 80-ə çatıb.

Gununsesi.info bildirir ki, bu barədə Böyük Britaniyanın  The Guardian yazır ki, bu, son 24 ildə ən yüksək göstəricidir.

Türkiyə statistika agentliyinin məlumatına görə illik qiymətlər iyun ayında 73.5 faizdən 78. 6 faizə yüksəlib.

Lakin müxalifət partiyaları və iqtisadçılar real inflyasiya rəqəminin az qala iki dəfə çox olduğunu bildirirlər.

Xəzinə və maliyyə naziri Nureddin Nebati bu tənqidlərə cavab verərkən iddia edib ki, istehlak qiymətləri ilin sonuna doğru düşməyə başlayacaq:

“Mən sizə və prezidentə vəd edirəm ki, biz dekabr ayından başlayaraq qiymətlərin düşümünü müşahidə edəcəyik”.

Nazirin bu bəyanatından əvvəl hökumət son 6 ayda minimum əməkhaqqını ikinci dəfə artırıb.

Bu artım 30 faiz təşkil edir ki, işçi qüvvəsinin 40 faizinin maaşını 254 dollardan 328 dollara çatdıracaq.

 

Erdoğan: “Türkiyədə inflyasiya problemi yoxdur”

Prezident Recep Tayyip Erdoğan iddia edir ki, Türkiyədə inflyasiya problemi yoxdur:

“Bizdə inflyasiya problemi yoxdur, yaşama xərclərinin bahalığı problemi var”.

İqtisadçılar vurğulayırlar ki, Türkiyədə istehlak qiymətləri durmadan artır.

Ölkənin müstəqil ENAG ioqtisadçılar qrupunun hesablamasına görə iyun ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak qiymətləri 175 faiz artıb.

İsrtanbul Ticarət Palatasının məlumatında deyilir ki, bu şəhər üzrə illik inflyasiya 94 faizi keçib.

BlueBay Asset Management firmasından Timoti Eş bildirir ki, artıq heç kim Türkiyənin rəsmi rəqəmlərinə inanmır.