
Fevralın 24-də Ukraynada baş verən müharibənin ildönümü üçün Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 200-dən çox adın yer alacağı yeni sanksiyalar paketi hazırlayır.
Gununsesi.info xəbər verir ki, bu barədə Almaniyanın ntv mətbuat agentliyi məlumat yayıb.
Yeni tədbirlər Aİ-də aktivləri dondurulmalı olan şəxslərin və qurumların siyahısını əhəmiyyətli dərəcədə genişləndirməyi nəzərdə tutur.
Bundan əlavə, Rusiyanın hərbi-texnoloji cəhətdən güclənməsinə və ya onun müdafiə və təhlükəsizlik sektorunun inkişafına töhfə verən digər şirkətlər də sanksiyalara məruz qalmalıdır.
Planlara görə, əlavə cəza tədbirləri əhəmiyyətli dərəcədə 200-dən çox insan və şirkətə təsir göstərə bilər.
Media daha əvvəl xəbər verir ki, Aİ Rusiyaya qarşı 13-cü sanksiyalar paketinə yeni idxal qadağaları əlavə etməyəcək.
İddia edilib ki, bəzi Aİ ölkələrinin Rusiyanın alüminium kimi daha çox ixracatına qadağa qoyulması çağırışlarına baxmayaraq, Avropa Komissiyası üzv dövlətlər arasında minimum müzakirələrə səbəb olacağına ümid etdiyi bir paket təklif edəcək ki, bu paket tezliklə qəbul olunsun.
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizli Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borel fevralın 5-də Polşaya səfəri zamanı Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin hazırlanmasından danışıb, lakin hələlik yekun razılaşmanın olmadığını bildirib.
Gununsesi.info