
Bir müddət əvvəl “Ruanda Planı” ilə qaçqın problemini həll etməyə çalışan İngiltərə baş naziri Rişi Sunakın məşhur jurnalist Piers Morqan ilə 1000 sterlinqlik mərc etməsi böyük reaksiya ilə qarşılanıb.
Gununsesi.info xəbər verir ki, Sunak Morqanın “YouTube” kanalında yayımlanan proqramda baş nazir olduğu il və gündəmlə bağlı sualları cavablandırıb.
İngiltərədəki müxalifət baş nazir Rişi Sunakın jurnalist Piers Morqanın Ruandaya qeyri-qanuni mühacir göndərə bilməyəcəyi təqdirdə mühacir dərnəyinə 1000 funt sterlinq verəcəyi iddiasını qəbul etməsini tənqid edərək, “Baş nazir insanların həyatı ilə qumar oynayır” sözləri ilə tənqid edib.
Sunak İngiltərəyə gələn qeyri-qanuni mühacirlərin Ruandaya deportasiyası ilə bağlı sualı cavablandırıb. “Biri qeyri-qanuni yollarla buraya gəlirsə, onların burada qalmasına icazə verilməməlidir. Biz onları deportasiya edə bilməliyik. Ölkələri təhlükəsiz deyilsə, ya da müharibə varsa, onları təhlükəsiz alternativə göndərmək lazımdır. Ona görə də Ruanda ilə bağlı plan var”, – deyə baş nazir bildirib.
Bu bölümdə jurnalist Morqan Sunakdan “Bir mühacir dərnəyi üçün 1000 funt sterlinq mərc gəlirəm. Seçkidən əvvəl heç kimi o təyyarələrə mindirə bilməzsiniz. Mərci qəbul edirsinizmi?” soruşub.
Sunak cavabında “İnsanları təyyarələrə mindirmək istəyirəm” deyərək, mərc üçün Morqanın əlini sıxıb və “Bunun üçün çox çalışıram” deyib.
Morqan isə ölkə əhalisinin 2036-cı ildə 73 milyona çatacağı ilə bağlı xəbərlərə toxunaraq, bu təxminən 6 milyonluq artımın daha böyük bir problem olduğunu bildirib.
Sunak Morqana cavabında Albaniya ilə razılaşma nəticəsində bu ölkədən qeyri-qanuni köçün dayandığını, Ruanda planının da eyni effekti verəcəyini qeyd edib.
Morqan bu cavaba cavab olaraq “Bunun sizə heç bir faydası olacağını düşünmürəm. Bu mənim qorxunc proqnozumdur” deyib.
Sunak İngiltərədə bu ilin ikinci yarısında keçirilməsi planlaşdırılan ümumi seçkilərin dəqiq tarixi ilə bağlı bir müddət açıqlamayıb.
Müxalifət nümayəndələri Sunakın seçkidən əvvəl qeyri-qanuni miqrantları yola salıb-göndərə bilməyəcəyi ilə bağlı mərc gəlməyini tənqid ediblər.
Gununsesi.info