
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov Xankəndidə çəkilmiş fotosunu paylaşıb.
Gununsesi.info xəbər verir ki, foto şəhərin girişindəki “nənə-baba” abidəsinin qarşısında çəkilib.
Qeyd edək ki, artıq Azərbaycanın daxili işlər orqanlarının qüvvələri Xankəndiyə daxil olub. Bu gün Azərbaycan polisinin Xankəndinin girişində yerləşən sözügedən abidənin önündə keşik çəkməsini əks etdirən görüntülər də yayılmışdı.
Gununsesi.info