Azərbaycan XİN-dən Pakistana başsağlığı

  • By ilhame
  • 29 Sentyabr 2023 19:59

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında qeyd olunub:

“Biz Pakistanın Mastunq və Hanqu şəhərlərində məsciddə törədilən terror aktlarını qətiyyətlə pisləyirik. Qardaş Pakistan xalqına və həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik”.

Gununsesi.info