Lənkəranda yaşlı kişini maşın vurdu

  • By ilhame
  • 29 Sentyabr 2023 19:55

Lənkəran rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, Lənkəran şəhər sakini 1947-ci il təvəllüdlü İslahat Allahverdi oğlu Quliyevi minik avtomobili vurub.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına matdırılan İ.Quliyevin xəsarətləri ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info