“Apple” müştərilərinə mobil operatorlarsız bir-birilə telefonla danışmaq imkanı yaradacaq

“Apple” müştərilərinə mobil operatorlarsız bir-birilə telefonla danışmaq imkanı yaradacaq

ABŞ-ın texnologiya nəhəngi “Apple” korporasiyasının istehsal etdiyi “İPhone” markalı telefonlarla tezliklə mobil operatorlarsız danışmaq mümkün olacaq.

Gununsesi.org bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, korporasiya bunun üçün yeni peyk texnologiyası üzərində işləyir. “Apple”ın bu addımı, əsasən, “Verizon”, “Deutsche Telekom”, “China Mobil” kimi mobil operatorlara qarşı atdığı bildirilir.

 

Gununsesi.org

COMMENTS