Antarktidada anomal istilər müşahidə olunur

Antarktidada anomal istilər müşahidə olunur

Braziliyalı alimlər Antarktidada yeni temperatur rekordunu qeydə alıblar.

Gununsesi.org “The Guardian”a istinadən xəbər verir ki, Seymur adasında havanın temperaturu +20,75 dərəcəsinədək yüksəlib.

Qeyd etmək lazımdır ki, fevralın altısı argentinalı alimlər “Esperanta” bazasında havanın temperaturunun +18,3 dərəcəsinə qalxmasını təsbit etmişdilər.

Məlumata əsasən, isti hava Antarktidanın bütün bölgələrində qeydə alınıb.

Qeyd etmək lazımdır ki, Ümumdünya Meteoroloji Təşkilatı bu qeydləri təsdiq etməlidir.

Gununsesi.org

COMMENTS