Bakıda kriminal aləmin üzvü saxlanılıb.
Gununsesi.org–un verdiyi xəbərə görə, Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində kriminal aləmdə “Edik” ləqəbi ilə tanınan, 1964-cü il təvəllüdlü İsmayılov Elçin Nahid oğlu saxlanılıb.
Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” tipli tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.
E. İsmayılov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırma aparılır.
COMMENTS