Ankarada Bolqarıstanda sağaldılan nadir “şah qartal”ın ölüsü tapıldı

  • By admin
  • 24 Oktyabr 2021 08:23

Türkiyədə nəsli kəsilmək təhlükəsi altında olan “şah qartal” öldürülüb.

Ölüsü tapılan qartal ötən il Bolqarıstan ərazisində müşahidə olunub. Yaralı vəziyyətdə tapılan nadir quşun müalicəsi edildikdən sonra üzərinə GPS yerləşdirilib.

Sözügedən qartalın cəsədi Ankaranın Temelli bölgəsində bioloq Cansu Özgen tərəfindən tapılıb.

Gununsesi.info