
AMEA-da Qarabağ bölməsinin yaradılması təklif edilib.
Gununsesi.info xəbər verir ki, belə təkliflə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Ümumi yığıncaqda çıxış edib.
O xatırladıb ki, AMEA-da Naxçıvan və Gəncə bölmələri mövcuddur.
“Bu bölmədə Qarabağla bağlı tədqiqatların aparılması məqsədəuyğun olardı”, – deyə İsa Həbibbəyli vurğulayıb.
Gununsesi.info