AMEA-da mühüm qərar: BU ŞURALAR BİRLƏŞDİRİLİR

  • By admin
  • 04 Noyabr 2021 19:31

AMEA Rəyasət Heyəti aparatının idarə və şöbələrinin əsasnamələri təsdiqlənib.

 Gununsesi.info xəbər verir ki, bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi altında keçirilən iclasda qərar qəbul olunub.

Eyni zamanda, AMEA-da yaradılmış Elm, təhsil və texnologiya problemləri üzrə Elmi Şura ilə Alternativ və bərpa olunan enerji mənbələri üzrə Elmi Şuranın tərkibi və istiqamətləri bənzərlik təşkil etdiyindən şuraların birləşdirilməsi barədə qərar verilib.

 Gununsesi.info