Alp dağlarında iki xizəkçi qar uçqunu altında qaldı

  • By ilhame
  • 16 Fevral 2024 20:57

Fransanın Alp dağlarında dağ-xizək kurortunda qar uçqunu baş verib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Radio Mont Blanc” portalı məlumat yayıb.

 

Bildirilib ki, hadisə fevralın 14-də günorta saatlarında “Praz de Lys” kurortunda olub. Qar axınının iki kişini 200 metr uzağa apardığı qeyd olunub.

 

Xilasetmə əməliyyatına 30-dan çox insan, həmçinin dörd it və iki helikopter cəlb olunub.

Gununsesi.info