Ali Məhkəmə sədrinin müavini ittihamlara CAVAB VERDİ

“Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliklər birmənalı olaraq, vətəndaşların hüquqlarının müdafiəsinə yönəlib”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin iclasında iştirak edən Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov deyib. O dəyişiklikləri gözdən keçirərkən, məhkəmələrinin öz işini asanlaşdırmaq istədiyi haqqında təəssürat yarandığını etiraf edib:

“Ancaq bu belə deyil. Məhkəmə icraatında olan işini araşdırmaq üçün bütün sübutlar onun sərəncamında olmalıdır. Tərəflər yalnız müstəsna halda, əlavə sübutları təqdim etməlidir. Belə olmadığı halda müddət uzanır. Sosial şəbəkələrdə olan etirazlar tam əsassızdır. Kassasiya müraciətlərində hakim soruşur ki, dəlilin varmı, deyir yox. Hakim də müşavirəyə gedir və qərarını elan edir. Bu da formal məhkəmə iclası hesab olunur. Bu Ali Məhkəmdə işlərin baxılması zamanı Kollegiallığın artmasına gətirib çıxaracaq. Açıq-aşkar əsassız vəsatəti vəkil verir ki, prosesi uzatsın. Bu dəyişiklik də vətəndaşın xeyrinə yönəlib”.