İmişli bazarında yanğın söndürüldü – YENİLƏNİB

  • By admin
  • 25 İyun 2021 20:58

İmişli şəhəri ərazisindəki bazarda baş verən yanğın söndürülüb.

Bu barədə Gununsesi.info-ya  Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddətdə alovun qarşısı alınıb və yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.

 

18:48

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İmişli şəhəri ərazisindəki bazarda yanğın olması barədə məlumat daxil olub.

 

FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, məlumat daxil olandan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Gununsesi.info