
Qubada “Niva” markalı avtomobil aşıb, sürücü ölüb.
Gununsesi. info xəbər verir ki, hadisə Qaraçay kəndində qeydə alınıb.
Belə ki, Şabran rayon sakini, 1978-ci il təvəllüdlü, Qalib Əzməmməd oğlu Əsgərov idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən, idarəetməni itirərək qayadan Qaraçay çayının yatağına aşıb.
Qəza nəticəsində, Q.Əsgərov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi. info