
Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanatı müzakirəyə çıxarılıb.
Gununsesi.info xəbər verir ki, Parlamentin Sədri Sahibə Qafarova Azərbaycan Ordusunun gücündən danışıb:
“Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında layiqli yer tutur. Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olduğunu bütün dünya görüb”.
Onun sözlərinə görə, bu gün Azərbaycan Ordusunun döyüş taktikası dünyanın bir çox aparıcı ölkələrinin hərbi məktəblərində tədris olunur:
“Düşmən bizim ordumuzun qarşısında tab gətirə bilməyib. Biz qan tökərək düşməni tarixi torpaqlarımızdan qovduq. Bu gün Azərbaycan Bayrağı Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanır. Bu gün eyni zamanda, azad edilmiş ərazilərdə yenidənqurma, bərpa və tikinti işləri aparılır. Əminliklə söyləyə bilərik ki, Qarabağın və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən birinə çevriləcək. Bu cür şanlı qələbə xalqımızın çoxəsrlik tarixində olmayıb. Biz xalq olaraq qəhrəmanlıq fədakarlıq göstərək torpaqlarımızı azad etdik ve düşməni məğlub etdik.
Bizim bu qələbə münasibətilə Ali Baş Komandana, Silahlı Qüvvələrimizə əbədi borcumuz var”.
Gununsesi.info