Afrika dövlətləri Rusiyaya güvənib əvvəlki ağalarına qarşı çıxmaq istəyir

Afrika dövlətləri Rusiyaya güvənib əvvəlki ağalarına qarşı çıxmaq istəyir

Kreml isə bundan istifadə edib öz strateji siyasətini həyata keçirir

Kreml “Rusiya-Afrika” sammtini keçirməklə əslində Qərbə meydan oxuyur.

Gununsesi.org xəbər verir ki, bu fikir “Le Monde” qəzetinin analitiki Benua Vitkinin yazısında əks olunub.

“Müzakirələrin Afrika üçün həyati önəm sayılan, ticarət, tibbi problemlər və yüksək texnologiyalar üzərində aparılması cəhdlərinə rəğmən Rusiya üçün ənənəvi olaraq əsas vurğulanan nöqtə faydalı qazıntılar, karbohidrogen ehtiyatlar, nüvə sənayesi və silah olub”,-deyə yazıda göstərilir.

Rusiya prezidenti özü ölkəsinin Afika ölkələri ilə ticarətində 20 milyard dollarlıq dövriyyəyə (onun sadəcə 7,7 milyardı Misirin payına düşür) nail olması ilə öyünüb. Bu isə rəsmi Moskvanın Türkiyə və Braziliya ilə ticarət həcminə bərabərdir.

“Moskva qitədəki digər rəqibləri ilə rəqabətdə, yəni Çinlə maliyyə, Fransa ilə isə insan qaynaqları məsələsində uduzduğunu gözəl anlayır. Bunun üçün o, Afrika ölkələrinə təkliflərini əsas olaraq bu siyasi mesajla bəzəyib-suverenlik”,-deyə B.Vtikin qeyd edib

Məsələn, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun sözlərinə görə, Moskva Afrikaya müstəmləkə tərzində yanaşma nümayiş etdirmir.

Ümumiyyətlə, M.Boqdanov Rusiyanın “Afrika qayıdışı”nın əsas memarlarından sayılır və Kremlin Suriya dosyesinin icraedicilərindən biridir.

Картинки по запросу михаил богданов

Onun bildirdiyinə əsasən, Qərbdən fərqli olaraq Rusiya Afrikanın diktatorlarına “müvafiq idarəetmə üsullarını yaxşılaşdırmaq” (yəni demokratik islahatlar keçirmək) tələbini də qoymur.

“Suverenlik mövzusu sammitdə artıq Rusiya üçün həm “kommersiya arqumentinə”, həm də Qərbə yönəlik meydan oxuma mesajına dönüb,”-deyə məqalədə bildirilir.

Məsələn, sammitdən bir gün öncə Rusiya oliqraxı Konstantin Malofeyev “Afrikaya qarşı sui-qəsd: müstəmləkənin əsaslarını sarsıtmaq” adlı dəyirmi masa təşkil edib.

Rusiyanın xaricdəki bir sıra qaranlıq əməliyyatlarında, o cümlədən Krımın işğalında əli olan bu adam zirvə toplantısına cəmi 1 ay qalmış Afrikaya həsr olunan fond yaradıb.

Картинки по запросу константин малофеев африка

Rusiyanın gələcəkdə Afrikanı geopolitik və ideoloji mübarizə meydanına çevirməklə bağlı fəaliyyətinə nümunə olaraq politoloq Aleksandr Malkeviçin təşkil etdiyi “Afrika qitəsinin gələcək mənzərəsi: inkişaf strategiyasının vacib elementləri kimi suverenlik və milli dəyərlər” adlı dəyirmi masasını göstərmək olar.

Siyasi texnoloq A. Malkeviç “Putinin aşpazı” olaraq tanınan və Kremlin xaricdəki məxfi əməliyyatlarını icra edən Yevgeni Priqojinin layihələrində iştirak edib və buna görə də ABŞ-ın qara siyahısına düşüb.

Elə Afrikanın avtoritar rejimlərinin Rusiyaya həvəslə meyl göstərməsini bundan anlamaq olar.

Məsələn, Kremlin böyük nüfuz etdiyi ölkələrdən sayılan Mərkəzi Afrika Respublikasının müdafiə naziri Mari-Noel Koyara ölkəsindəki böhranı “xaricdən gələn, habelə milli və ənənəvi dəyərləri nəzərə almadan təklif olunan həll yolları” ilə bağlı olduğunu deyib.

Bir sıra Afrika ölkələri isə artıq Fransanın “təbii ehtiyatları talayan, üsyanları dəstəkləyən və terrorçuları məşq etdirən” hərbi bazalaırnı görmək istəmədiklərini” bildiriblər.

COMMENTS