“Abzasmedia İşi” üzrə istintaqa çağırılan daha bir jurnalist saxlanılıb

  • By admin
  • 13 Yanvar 2024 19:16

Bu gün “Abzasmedia İşi” çərçivəsində Baş Şəhər Baş Polis İdarəsində istintaqa çağırılan jurnalist Elnarə Qasımova  saxlanılıb.

Bu barədə Gununsesi.info-ya jurnalistin vəkili Bəhruz Bayramov deyib.

Onun sözlərinə görə, Elnarə Qasımova şübhəli şəxs qismində saxlanılıb.

Ona qarşı da qaçaqmalçılıq ittihamının veriləcəyi gözlənilir.

Noyabrın 20-dən dekabrın 14-nə qədər Abzas Media-nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, nəşrlə əməkdaşlıq edən fəal Məhəmməd Kekalov, habelə jurnalistlər Nərgiz Absalamova və Hafiz Babalı saxlanılıb. Onlar hamısı valyuta qaçaqmalçılığında ittiham ediliblər. Jurnalistlər ittihamları təkzib edirlər.

 

İlhamə

Gununsesi.info