ABŞ Ukraynaya uzaqmənzilli raketlər verib

  • By Mina
  • 25 Aprel 2024 11:36

Amerika rəsmiləri Ukraynanın Vaşinqton tərəfindən gizli şəkildə Rusiya qüvvələrinə qarşı uzaqmənzilli raketlərdən istifadə etdiyini təsdiqləyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, silahlar ötən ay prezident Co Bayden tərəfindən təsdiqlənən 300 milyon dollarlıq yardım paketinə daxildir.

Təsdiqlənən paket bu ay Ukraynaya göndərilib.

ABŞ mediasının məlumatına əsasən, raketlər ən azı bir dəfə Krımda Rusiya qüvvələrini vurmaq üçün istifadə edilib.

Bildirilir ki, ABŞ əvvəllər orta mənzilli taktiki raket sistemləri göndərib.

Lakin hərbi hazırlığı ilə bağlı məlumatların sızmasından narahat olduğu üçün daha güclü silahlar göndərməkdən çəkinir.

Bununla belə, Baydenin 300 kilometr uzaqmənzilli raket sistemlərinin göndərilməsi üçün fevral ayında yaşıl işıq yandırdığı bildirilib.

Gununsesi.info