
Rusiya ordusu bu gün Xarkov şəhərinin mərkəzi hissəsini raket atəşinə tutub.
Gununsesi.info xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasından məlumat verilib.
“Raket zərbələri nəticəsində 5 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Hadisə yerində xilasedicilər işləyir”, – məlumatda qeyd olunub.
Gununsesi.info