ABŞ-ın vitse -prezidenti haqqında maraqlı bilgi- ANAM MƏNƏ DEYİRDİ Kİ...

  • By arzu
  • 02 Fevral 2021 11:42

ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin yeni vitse-prezidenti haqqında maraqlı bilgi paylaşıb.

 

Gununsesi.org Kamala Harris haqqında olan məlumatı təqdim edir:

İndiyə qədər hər kəs 46-cı Prezidentimiz Joe Biden haqqında məlumatlıdır. Bəs, yeni vitse-prezidentimiz Kamala Harris haqqında nə bilirsiniz?

Kamala Harris 20 yanvar tarixində Amerika Birləşmiş Ştatlarının ilk qadın vitse-prezidenti olmağa and içdi. Vitse-prezident Harris Kaliforniya ştatında doğulub. Onun valideynləri Hindistan və Yamaykadan ABŞ-a təhsil dalınca gələn immiqrantlar idi. Vitse-prezident Harrisin valideynləri ona güclü ədalət hissi aşılayan tələbə aktivistlər olublar və Kamala son otuz ilini ictimai xidmətə həsr edib.

Karyerasına San-Fransisko yaxınlığında vəkil köməkçisi olaraq başladı, Baş Prokurora (2011-2017) qədər yüksəldi və nəticədə, ölkənin ən sıx ştatı olan Kaliforniyadan iki ABŞ senatorundan biri kimi xidmət etdi (2017-2021).

2020-ci ildə Demokrat Partiyasını prezident seçkisində təmsil edərək Joe Baydenə qarşı çıxdı və bu yarış prezident seçildikdən Baydenin onu özünə vitse-prezident təyin etməsi ilə sona çatdı. Kamala Harris indi ABŞ tarixində ən yüksək vəzifəyə seçilən afroamerikalı və asiyalı olma xüsusiyyətini daşıyır. Onun vitse-prezident seçilməsi Amerika xalqı üçün qadınların milli siyasətdəki rolunun artması istiqamətində böyük bir mərhələnin başlanğıcının əsasını qoydu. “Anam mənə baxardı və ‘Kamala, bir çox şeyin ilkinə sən imza ata bilərsən, amma hər zaman sonuncu olmadığından əmin ol” deyərdi. Amerikalılar və azərbaycanlılar tərəfindən ən çox verilən sullardan biri onun adının düzgün tələffüzü ilə bağlıdır: “KOMMA” və “LA” hərf birləşmələrini deməyə çalışın. KOM-ma-la-Sanskrit dilində “lotus çiçəyi” deməkdir.

Gununsesi.org