
“Tarif Şurası parlamentdən kənar büdcəyə müdaxilə edən qurumdur”.
Gununsesi.org xəbər verir ki, bunu Milli Məclisin deputatı Erkin Qədirli parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O bildirib ki, Tarif Şurasının üzvləri nazir müavinləridir, onlar da siyasi məsuliyyət daşımır: “Həmin şəxslər qiymətləri qaldıra bilirlər. Büdcəyə hər hansı müdaxilə parlamentin icazəsi olmadan olmamalıdır. Ona görə biz bu məsələni həll etməliyik”.