Təhlükə Azərbaycanın BİR ADDIMLIĞINDA: Türkiyədə "Delta plus"a yoluxma qeydə alındı

Türkiyədə koronavirusun “Delta plus” ştammına yoluxma faktı qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumat verən Səhiyyə naziri Fəxrəddin Qoca deyib ki, bu ştamm Türkiyənin 3 vilayətində 3 nəfərdə qeydə alınıb.

Nazir bildirib ki, yoluxma qeydə alınan şəxslər xəstəliyi yüngül keçirir.

Ümumilikdə, Türkiyədə “delta” ştammına yoluxanların sayı 284 nəfərə çatıb.

Gununsesi.info