
Amerikalı hərbçilər Suriyada İran istehsalı olan pilotsuz uçuş aparatı (PUA) vurublar.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) öz tviter hesabında paylaşıb.
Məlumata görə, PUA ABŞ-nin Suriyanın şimal-şərqində yerləşən hərbi bazasının yaxınlığında kəşfiyyat uçuşu həyata keçirməyə cəhd edib.
Bununla yanaşı, “CENTCOM” PUA-nın vurulmazdan əvvəlki və sonrakı fotosunu da paylaşıb. İnsidentlə bağlı digər detallar açıqlanmayıb.

Gununsesi.info