Bakıdakı yaşayış binaları yoxlanılacaq - BAŞ NAZİR GÖSTƏRİŞ VERİB/ özəl

Türkiyədə baş verən faciəvi zəlzələdən sonra Azərbaycanda inşa olunan yüksək mərtəbəli yaşayış binaların ekspertizası aparılacaq.

Bu barədə Gunusesi.info-ya hökümətdəki mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki , Baş nazir Əli Əsədovun göstərişi ilə Fövqəladə Hallar Nazirliyi və aidiyyatı qurumlar Bakı şəhərində inşa olunmuş yaşayış binalarının zəlzələyə davamlılığın və yerləşdiyi ərazidəki seysmik durumu araşdıracaqlar.
Adil Elxanoğlu
Gununsesi.info