Çempionlar Liqası: Bu gün daha iki oyun keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

Gununsesi.info xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

HTML tutorial

Gecənin maraqla gözlənilən matçı Almaniyada Dortmund “Borussiya”sı ilə “Çelsi” arasında olacaq. Görüşü ispaniyalı FIFA referisi Xesus Gil Manzano idarə edəcək.

Digər oyunda isə Portuqaliya “Benfika”sı Belçikada turnirin sürpriz komandası “Brügge”nin qonağı olacaq. Qarşılaşmada ədaləti italiyalı Davide Massa qoruyacaq.

Gununsesi.info