
ABŞ-da tüğyan edən “İda” qasırğası nəticəsində ölənlərin sayı 45-ə çatıb.
Gununsesi.info xəbər verir ki, təbii fəlakətdən ən çox Nyu-York və Nyu-Cersi ştatları zərər çəkib. Bu ştatlarda onlarla insan ölüb. Həmçinin Pensilvaniyada bir neçə nəfər qasırğanın qurbanı olub.
Xatırladaq ki, qasırğa ilə əlaqədar çərşənbə günü ABŞ-ın 3 ştatında fövqəladə vəziyyət rejimi elan edilib. Qasırğa leysan yağışlara, daşqınlara səbəb olub.
Gununsesi.info