
ATƏT Minsk qrupunun Rusiyadan yeni həmsədri İqor Xovayev Cənubi Qafqaza səfər edəcək.
Gununsesi.info-nun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, Rusiya ATƏT Minsk qrupu həmsədrlərinin mövcud mandat əsasında Qarabağ tənzimlənməsi üzrə işinin fəallaşdırılmasını dəstəkləyir:
“Həmsədrlər Bakı ilə Yerevan arasında etimadın yüksəldilməsinə kömək göstərə bilər. Minsk qrupunun yeni həmsədri regionu səfər edəcək”.
Gununsesi.info