d

ABŞ-dən Rusiyanı qorxudacaq AÇIQLAMA

ABŞ Ukraynanı kaset sursatları ilə təmin etməyi düşünür. Təchizat müzakirəsi hələ də davam edir.

Gununsesi.info “The Independent”ə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millli məlumat verib.

HTML tutorial

Onun sözlərinə görə, ABŞ bu sursatları uzun müddətdir təmin etməyi düşünür.

Milli Rusiya qüvvələrinin Ukraynadakı döyüş meydanında kaset bombalarından istifadə etdiyini və Ukrayna qüvvələrinin digər müttəfiqlərdən kaset bombaları aldığını və silahları yerləşdirdiyini qeyd edib.

“Bunu ukraynalılar istədi, digər Avropa ölkələri bu silahların bir hissəsini verdilər. Ondan ruslar da istifadə edir. Qərar vermə prosesi davam edir”, – o qeyd edib.

Gununsesi.info