
Avropa Birliyinin (AB) Ukrayna ordusundakı heyəti öyrətmək üçün başlatdığı hərbi missiyanın genişlədilməsi planlaşdırılır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Avropa Birliyi Ukraynanın rus hücumlarına qarşı daha yaxşı qorunması istəyi ilə başlatdığı hərbi missiyanın çərçivəsini genişləndirməyə hazırlaşır.
İspaniyanın Toledo şəhərindəki toplantıda AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Təmsilçisi Cosep Borel missiya çərçivəsində tədris və öyrətmə proqramı ilə il sonunadək 30 min deyil, 40 min Ukrayna əsgərinin hazırlanacağını bildirib.
Bu ilin oktyabr ayının sonunadək proqramın bitirilməsi proqnozlaşdırılır.
Borell Hollandiya və Danimarkanın Ukraynaya verəcəyi “F-16” döyüş təyyarələrinin pilotlarının öyrədilməsi-tədris planlarının AB missiyasına inteqrasıya edilməsinin gərəkli olduğunu vurğulayıb.
Borel bunun üçün gərəkli olan prosedurların nəzərdən keçiriləcəyini açıqlayıb.
Tərcümə: Arzu