
Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı danışıb.
Gununsesi.info xəbər verir ki, o bu barədə hökumətin iclasında çıxış edib.
“Mahiyyət etibarilə, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyasının iki variantı var – onu bütün sərhəd boyunca və yaxud hər bir hissə üzrə ayrılıqda aparmaq”, – deyə o bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan hər bir ərazi üzrə ayrılıqda delimitasiyanın aparılması variantına razıdır.
Gununsesi.info