65 yaşında qızı var, ancaq 89 yaşında yenidən ata olacaq –DÜNYACA TANINMIŞ İŞ ADAMIDIR

65 yaşında qızı var, ancaq 89 yaşında yenidən ata olacaq –

“Formula 1″in fəxri prezidenti və keçmiş sahibi Berni Ekklstoun dördüncü dəfə ata olacaq.

Gununsesi.org-un “Report”a istinadən verdiyi məlumata görə, 89 yaşlı milyarderin 41 yaşlı həyat yoldaşı Fabianadan iyulda oğlu dünyaya gələcək.

Hazırda Ekklstounun 3 qızı var. Onlardan kiçiyi Petra 32, ortancılı Tamara 36, böyüyü Debore 65 yaşındadır. İndi o, 2012-ci ildə ailə qurduğu Fabiana Flozi ilə Braziliyanın San-Paulu şəhəri yaxınlığındakı kofe plantasiyasında qalır.

Qeyd edək ki, Berni Ekklstoun “Formula 1″dəki işlərindən 2017-ci ildə aralanıb. Hazırda dünya çempionatına tam nəzarət hüququ “Liberty Media”ya məxsusdur.

Gununsesi.org

COMMENTS