“Yeni Malatyaspor” klubunun futbolçusunda koronavirus aşkarlandı

“Yeni Malatyaspor” klubunun futbolçusunda koronavirus aşkarlandı

Türkiyənin “Yeni Malatyaspor” klubu koronavirus testlərinin nəticəsini açıqlayıb.

Gununsesi.org-un Super Liqa təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, analizlərdən sonra biri futbolçu olmaqla, komandanın 2 üzvünün koronavirusa yoluxduğu üzə çıxıb.

Hər iki şəxs karantinə alınıb və onların müalicəsinə başlanılıb.

Qeyd edək ki, Türkiyə Superliqasının oyunları martın 19-da pandemiya səbəbindən dayandırılıb.

 

 

Gununsesi.org

COMMENTS