6 cinayətin üstü illər sonra AÇILDI

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 50 cinayətin üstü “isti izlər”lə açılıb.

Gununsesi.info bildirir ki, Daxili İşlər Nazirliyindən (DİN)  verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Rəsi məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Gununsesi.info