80 il boyunca beyninə sancılmış iynə ilə yaşadı – FOTO

Rusiyanın şərqində yaşayan yaşlı qadın bütün ömrünü beyninə sancılmış 3 sm uzunluğunda iynə ilə keçirib.

Gununsesi.info xəbər verir ki, bu, xəstənin tomoqrafiyası aparılandan sonra məlum olub.

Həkimlər 80 yaşlı qadının valideynlərinin uğursuz abort cəhdi səbəbindən bu vəziyyətə düşdüyünü düşünürlər.

Vəziyyətinin pisləşəcəyindən qorxduğu üçün iynəni çıxarmamağa qərar verilib.

Rusiyanın Saxalin vilayətinin yerli səhiyyə idarəsi bildirib ki, aclıq illərində belə hallar az olmayıb. “Onun valideynləri yəqin ki, İkinci Dünya Müharibəsi zamanı uşağını ölümə göndərmək qərarına gəlib. O, doğulduğu gündən 3 sm uzunluğunda iynə ilə yaşayır”, – deyə bildirilib.

Müharibə illərində Sovet İttifaqında ərzaq çatışmazlığı adi hal idi və bir çox insan yoxsulluq içində yaşayıb.

Qadının vəziyyətinin müvafiq həkim nəzarətində olduğu bildirilib.

beyin

Səid Əhmədli
Gununsesi.info