18 yaşlı ana körpəni pəncərədən küçəyə atdı

18 yaşlı ana körpəni pəncərədən küçəyə atdı

Rusiyanın Stavropol şəhərində 18 yaşlı qadın dünyaya gətirdiyi körpəsini dəsmala bükərək mənzilin pəncərəsindən küçəyə atıb.

Gununsesi.org REN.TV-yə istinadən  xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Stavropol vilayəti üzrə İstintaq Komitəsindən məlumat verilib.

Xoşbəxtlikdən körpə qonşular tərəfindən aşkar edilərək təcili tibbi yardım xidmətinin həkimlərinə təhvil verilib.

Gənc ana polis tərəfindən saxlanılıb. Ona qarşı cinayət işi açılıb.

Gununsesi.org

COMMENTS